Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad edilmiş əraziyə keçmək istəyən şəxslər saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakinləri - Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.

6 Oktyabr 2022 10:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə