Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Edilliyə diqqət!!!

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin nəşinin qalıqları üzə çıxarılıb. Skeletlərin geyimlərindən hərbçi olduqları, habelə skeletlərin əllərinin, ayaqlarının məftil və kəndirlə bağlandığı (!) bəlli olur. Bizi yeri gəldi-gəlmədi qınayan xarici dövlətlər, bəzi beynəlxalq qurumlar, hətta öz içimizdəki ermənidən ziyadə  olanlar bunları görürmü, görəcəkmi? Görməzlər. Çünki, haqbilməzdirlər, o üzdən erməni vandallıqlarına kor, kar və laldırlar...

İllər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi terror, soyqırım, vandallıq aktları yalnız Azərbaycana, azərbaycanlılara qarşı törədilmiş sayılmamalıdır, əslində; əslində, bu amansız aktlar bütün insanlığa qarşı törədilmiş kimi səciyyələndirilməlidir.

I və II Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mənsublarının, separatçıların hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə, o cümlədən yaşlılara, qadın və uşaqlara, habelə öz torpağını qoruyan hərbiçilərə qarşı törətdiyi müharibə cinayətləri beynəlxalq konvensiyalara daban-dabana ziddir. Kinvensiya bir yana qalsın, ən adi insani dəyərə ziddir, mədəniyyətə, sivilizasiyaya, bəşəriyyətin inkisaf səviyyəsinə ziddir.

Ermənistanla qonşuluqda, üstəlik ermənilərlə bir yerdə yaşayanlara əlavə hüquqlar tanınmalıdır. Məsələn, Ermənistanla qonşusansa, BMT-də, AŞ-da bir səsin iki sayılmalıdır, beynəlxalq kredit indeksin bir qədər yuxarı qiymətləndirilməlidir, uyğun platformalar üzrə yatırımlar, güzəştlər daha çox olmalıdır və s. Yalnız işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin yerləşdirdiyi minalar, o minaların çoxsaylı qurbanlarının olması faktı yetərlidir ki, Ermənistanın beynəlxalq qurumlarda səs hüququ alnsın.

Bəs, Edilli başda olmaqla, müxtəlif yerlərdə kütləvi məzarlıqların aşkarlanmasını, 4000 nəfərədək həmvətənimizin taleyindən hələ də xəbər verilməməsi Ermənistan Respublikasının adının önünə Qatil yazmağı zəruru etmirmi?  “Ermənistan Respublikası” məhəlli tarix səhnəsinə çıxdığı 100 – 104 ildə Qafqaza intiriqadan, qan-qadadan başqa nə gətirdi?

Bu cümlələr nifrətdən doğmur, faktın özündən gəlir, acı gercəklikləri ifadə edir. Yazdıqlarımızla bağlı çoxsaylı təkzibedilməz sübutlar mövcuddur.

Bəs, əsirlikdə, girovluqda, “qonşuluq”da, “iş”də... erməni zülmünü, hiyləsini görmüş insanların öz başına gələnləri danışması, şahid ifadələri, foto, audio, video materiallar... niyə beynəlxalq səviyyədə hüquqi, siyasi qiymətini almır? Nədən Ermənistana müvafiq sanksiyalar tətbiq olunmur? Ermənistan beynəlxalq qurum və quruluşların sərt qərarları ilə  hansı səbəbdən üzləşmir? BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi nə üçün icrasız qaldı və işğal 30 ilə yaxın davam etdi? Bəs nəhayət indi Ermənistanın təzminat ödəməsi mexanizmi işləyəcəkmi? Bu işidəmi dəmir yumruqla həll etməyə vadar olacağıq? Suallar çoxdur...

Əgər 44 günlük müharibə olmasaydı və Azərbaycan zəruri, haqlı Zəfər qazanaraq, öz torpaqlarını azad etməsəydi necə olacaqdı? Bu da ritorik sualdır. Əlbəttə, müharibə Ermənistanın sülhtanımazlığından, hüquqqanmazlığından, üsulbilməzliyindən irəli gəldi. 

Ermənistan, dünya erməniliyi, erməni havadarları birmənalı şəkildə qəbul etməlidir ki, həqiqətə kor olmaq onlara müyəssər olmayacaq. 30 ilin müharibə cinayətlərinin cavabını vermək yerinə, sülhpərvər Azərbaycanı suçlamaq üçün bəhanələr aramaq, qondarma videolardan kömək ummaq əbəsdir. Bu hansısa prosesi ləngidər bəlkə, ancaq qarşısını ala bilməz. 30 il sonra öz torpağını azad edən siyasi iradə, hərbi qüdrət, dövlət – xalq birliyi sözünü bundan sonra da deyəcək.

 

Əkbər QOŞALI 

6 Oktyabr 2022 10:18 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə