Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstanda Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı bir sıra tədbirlər keçirilir

Oktyabrın 4-dən 14-dək Bolqarıstanın paytaxtı Sofiya və Plovdiv şəhərində “Azərbaycanın milli-mənəvi dəyərlərinin Bolqarıstanda və beynəlxalq təşkilatlarda təbliği” layihəsi çərçivəsində bir sıra görüşlər və tədbirlər keçirilir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, layihə “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Pandemiyanın yaratdığı məcburi fasilədən sonra Bolqarıstanda bir sıra görüşlər və tədbirlər keçiriləcək. Layihənin Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədən sonra ilk dəfə həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Layihənin mövzusu Azərbaycan xalqının ölkənin milli dəyərlərinə qayğıkeş münasibətini və Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış mənəvi gücünü nümayiş etdirəcək.

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi Bolqarıstanın rəsmi şəxsləri, kütləvi informasiya vasitələri, Bolqarıstan ictimaiyyəti ilə görüşlər keçirəcək və “Qala proqramı” tədbiri təşkil edəcək. Builki tədbirlərdə ilk dəfə olaraq Azərbaycan Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələrinin iştirakı planlaşdırılır.

Bolqarıstan ictimaiyyətinə “AKORD” beynəlxalq jurnalının bolqar dilində növbəti nömrəsi təqdim olunacaq.

Tədbirlər və görüşlər ünsiyyətin, dostluğun, əlaqələrin qurulmasının və təcrübə mübadiləsinin inkişafına şərait yaradır.

Layihə çərçivəsində, eyni zamanda Azərbaycan xalqının mənəvi dəyərlərini nümayiş etdirən sülhsevərliyinin və mehribanlığının rəmzi olaraq Ermənistanı Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalamağına çağırış ediləcək.

6 Oktyabr 2022 09:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə