Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəxsi inkişaf: çevik bacarıqlar üzrə təlimlər başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Şəxsi inkişaf: çevik baca­rıqlar üzrə təlimlərin keçirilməsi” layihəsinə başlayıb. Bu barədə nazirlikdən aldığımız xəbərdə deyilir.

 

Bildirilir ki, 14 oktyabradək davam edəcək layihənin hədəf qrupu dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarıdır. Qeyd edək ki, nazirli­yin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi”nin sakinləri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə təlim yerinə aparılır.

Təlimlərdə onlara müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar öyrədilir. Bu bacarıqla­ra emosional intellekt, texnoloji avadanlıqlardan istifadə, stresin idarə olunması, komandada və informasiyanın çoxluğu şəraitində məlumatlarla işləmək, vaxtın düzgün idarə olunması, ünsiyyət qurmaq, qarşıya məqsəd qoymaq və həmin məqsədə hansı yollarla nail olmaq bacarığı və digər keyfiyyətlər aid edilir.

“Lingva TM” ilə əməkdaşlıq çərçivəsində icra olunan layihə iştirakçıların müasir bilik və ba­carıqlara yiyələnmələrinə, onların özünəgüvən, gələcəyə ümid, motivasiya hisslərinin güclənməsinə, cəmiyyətə və işgüzar mühitə in­teqrasiyasına dəstək məqsədi daşıyır.

Təlimlərdən sonra növbəti layihə formatın­da iştirakçıların ehtiyaclarına uyğun fəaliyyətlər, o cümlədən, onların peşə hazırlığına cəlb edilməsinə və məşğulluq imkanlarının artırılma­sına dəstək göstərilməsi nəzərdə tutulur.

Z.HÜSEYNOVA,

“Xalq qəzeti”

6 Oktyabr 2022 01:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə