Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən savaşının onuncu günü

 Prezident İlham Əliyev 2020-ci il oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı qəbulda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatlarında Azərbaycanın tək olmadığını, ölkəmizin yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət dayandığını bildirib.

Dövlətimizin başçısı Rusiyanın “Pervıy Kanal” tele­viziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüqu­qun norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, tarixi ədaləti hər zaman üstün tutub: “Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər”.

BMT Baş katibi Antonio Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan–Azərbaycan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırıb.

Milli Məclisin iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq, birinci oxunuş­da qəbul edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib: “Azərbaycan Ordusu­nun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmada­ğın edilib. Ötən müddətdə düşmənin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb. Düşmənin 42-ci artilleri­ya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib”.

Məlumatda, həmçinin işğalçının Ballı­ca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarının məhv edildiyi, Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikasının qənimət götürüldüyü, Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yarandığı, alayın 3-cü taborunun şəxsi heyətinin döyüş mövqelərini özbaşına tərk edərək qaçdığı diqqətə çatdı­rılıb.

* * *

Döyüş getdiyi günlərdə Ermənistan KİV-lərinin dezinformasiyaları Azərbaycan tərəfindən iflic edilmiş işğalçı ordunun şəxsi heyətini, eləcə də təşviş və kütləvi psixoz vəziyyətində olan Ermənistan əhalisini yan­lış yönə istiqamətləndirib. Bu ölkənin yüksək çinli məmurlarının yalan və iftiraları məsələni daha da alovlandırıb. Belə bir şərait isə düşmənin ordu komandanlığının işğal edil­miş ərazilərdə nəzarəti itirməsinə, həmçinin məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinə gətirib çıxarıb.

Azərbaycan tərəfi döyüş bölgəsində hu­manitar dəhlizlərin açılması, beynəlxalq hu­manitar hüquq norma və prinsiplərinin tətbiq edilməsi barədə hazır olduğu barədə erməni tərəfə müraciət edib. Bu müraciət həyatını qurtarmaq məqsədilə könüllü qaydada təslim olmaq istəyən hərbi qulluqçulara da şamil edilib.

“Xalq qəzeti”

6 Oktyabr 2022 01:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə