Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qulu Ağsəsin Təbrizdə buraxılan şeirlər kitabı təkrar nəşrə hazırlanır

Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə işıq üzü görmüş “Yorğun ağacam” adlı şeirlər kitabı o tayda böyük maraqla qarşılanıb. “Nəbati və Azərturan” nəşriyyatında buraxılan poetik toplunu Güney Azərbaycanın tanınmış yazarı Əli Çağla çapa hazırlayıb.

Kitabın əvvəlində müəllifin həyat və ya­radıcılığına ümumi nəzər salınır. Toplunu kitab mağazaları ilə yanaşı, onlayn yolla da əldə etmək olar. “Yorğun ağacam” kitabına Qulu Ağsəsin “Görsən üşüyürsən, yandır özünü”, “Nöqtələr”, “Canım-gözüm, şü­kür de ki”, “Xəbərin varmı–bilmirəm” kimi sevilən poetik nümunələri ilə yanaşı, yeni şeirləri də daxil edilib.

Güneyli soydaşlarımızın böyük mara­ğına səbəb olan və bir çox kitab mağaza­larında satılıb qurtaran bu kitabın yaxın vaxtlarda yenidən çap olunması gözlənilir.

“Xalq qəzeti”

6 Oktyabr 2022 00:05 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə