Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan jurnalisti Avropa İdman Mətbuatı İttifaqının icraiyyə komitəsinə üzv seçilib

İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq İdman Mətbuatı Asso­siasiyasının (AIPS) oktyabrın 4-dən 6-dək keçirilmiş növbəti 84-cü Ümum­dünya Konqresində ölkəmizi quru­mun üzvü olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov və birinci vitse-prezidenti Nərgiz Mahmudzadə təmsil ediblər.

Eldar İsmayılov Romadan qəzetimizə bildirib ki, konqres çərçivəsində AIPS İcraiyyə Komitəsinin iclası, rəsmi açılış mərasimi, qitələr üzrə sessiyalar, panel ic­lasları və seçkilər keçirilib. AIPS-in qitə qu­rumlarından olan Avropa İdman Mətbuatı İttifaqının Baş Assambleyasında bu qu­rumun yeni prezidenti, baş katibi, icraiyyə komitəsi üzvlərinin seçkiləri keçirilib. Azərbaycan təmsilçisi Nərgiz Mahmudzadə səs çoxluğu ilə icraiyyə komitəsi üzvü seçi­lib və 4 illik müddətə bu mötəbər qurumun rəhbərliyində təmsil olunacaq.

Qeyd edək ki, AIPS 1924-cü il iyulun 2-də Parisdə yaradılıb, hazırda 164 ölkə assosiasiyada təmsil olunur. Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə təsadüf edən 77-ci konqresinə evsahibliyi edib.

“Xalq qəzeti”

6 Oktyabr 2022 00:30 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər

Köhnə versiyamızdan xəbərləri izlə