Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyasi ekspert: Cənubi Qafqazda sülhün olmamasına görə məsuliyyət daşıyan tərəf Ermənistandır

Sülh müqaviləsinə uyğun olaraq dövlət sərhədi dəqiq müəyyən edilməsə, Ermənistanla Azərbaycan arasında hərbi toqquşma davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri azərbaycanlı siyasi eks­pert, analitik Orxan Amaşov okt­yabrın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Büro­sunun (DTİHB) dəstəyi, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin təşkilatçılığı ilə ke­çirilmiş İnsan Ölçüsü üzrə Varşava Konfran­sında çıxışı zamanı səsləndirib.

“Azərbaycan–Ermənistan dövlət sərhədi delimitasiya olunmayıb. Təmas xəttində bö­yük boz məhdudiyyətsiz zona var. Qənaətim budur ki, dövlət sərhədi sülh müqaviləsinə uy­ğun olaraq dəqiq müəyyən edilməsə, gərginlik davam edəcək. Üstəlik, sülh danışıqlarının sürəti azalarsa, gərgin vəziyyət daha tez-tez yaranacaq”, – deyə O.Amaşov fikrinə aydınlıq gətirib.

Cənubi Qafqazda sülh perspektivləri ilə bağlı söz açan siyasi ekspert diqqəti Ermənistan və Azərbaycan arasındakı münaqişəli duruma çəkib: “Bu gün, təəssüf ki, bizdə – Cənubi Qafqazda sülh yoxdur. Re­gion münaqişələrlə doludur. Ümumi inkişafa əsas maneə isə 2020-ci ildə qanlı müharibə aparan Ermənistanla Azərbaycan arasında sülhün olmamasıdır. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanıb, lakin Azərbaycan və Ermənistan arasında bütün münaqişə məqamlarına son qoyan sülh müqaviləsi hələ də imzalanmayıb. Buna görə məsuliyyət daşı­yan tərəf Ermənistandır”.

O.Amaşov əlavə edib ki, sülh və təhlükəsizliyin olmaması qeyri-obyektiv ya­naşma, dezinformasiya şəraiti və bəzən çirkin yalanlar mühiti formalaşdırır. Bu isə vəziyyətin dəyişmə perspektivinin labüdlüyü, hər an gözlənilməzliyin meydana çıxa bilməsi deməkdir.

5 Oktyabr 2022 23:07 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə