Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat Olimpiadası uğurla davam edir

Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası uğurla davam edir.

23 ölkədən 200-ə yaxın şahmatçının iş­tirakı ilə keçirilən Olimpiada İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Ölkəmiz bu nüfuz­lu yarışda “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” “Sumqayıt” və “Azərbaycan–Naxçıvan” komandaları ilə təmsil olunur. Turnirdə 50 titullu şahmatçı iş­tirak edir. Olimpiadanın reqlamentinə əsasən, hər bir komanda üzvünə ilk 40 gedişə 1 saat 30 dəqiqə, sonra oyunun sonunadək 30 dəqiqə əlavə vaxt verilir. Birinci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Heç-heçəyə razılaşmağa yalnız qaraların 40-cı gedişindən sonra icazə verilir. Olimpiadada yerlər komanda üzvlərinin topladığı xalların cəminə görə müəyyən edilir.

Olimpiadanın 3-cü turunda “Azərbaycan–Naxçıvan” komandası Moldova komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Nazlı Hümbətova Savva Sustova, Rza Həsənli isə Stanislav Çebotariyə məğlub olub. Rəcəb Abdullabəyli isə Viktoriya Barqan üzərində parlaq qələbə qazanıb. Hüseyn Seyid Alek­sandr Barançiusla görüşdə ağ-qara taxtanı qələbə ilə tərk edərək hesabı bərabərləşdirib – 2:2. Yarışın favoriti “Azərbaycan-1” ko­mandası bu turda Kuba komandasını sınağa çəkib. Çətin keçən görüş komandamı­zın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Eyni uğura “ Sumqayıt” komandası da imza atıb. Onlar İngiltərə komandası ilə görüşdə aktivlərinə qələbə yazdırmağa müvəffəq olub­lar – 2,5:1,5. “Azərbaycan-2” komandası isə eyni hesabla Latviya yığmasını məğlub edib – 2,5:1,5. “Azərbaycan-3” və “Azərbaycan-4” komandaları bu turu heç-heçə ilə başa vu­rublar. Belə ki, birincilər CAR-3-lə, ikincilər isə Monqolustan komandası ilə görüşlərdə şahmat taxtasını “sülh”lə tərk ediblər. Liderlər cədvəlində qərarlaşan İran və Hindistan ko­mandaları 3-cü turda xal itkisi ilə üzləşiblər. Qonşu ölkənin təmsilçiləri “Gürcüstan-1” ko­mandası ilə oyunda heç-heçəyə razılaşıblar – 2:2. Tejas Bakrenin kapitanı olduğu hindis­tanlılar isə “Qazaxıstan” komandasına 1,5:2,5 hesabı ilə məğlub olublar. Bu turda Türkiyə komandaları qarşılaşıblar. “Türkiyə-White” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşı görüşdə məğlubiyyət olub. – 1:3.

Üçüncü turda keçirilən digər qarşılaşmalar­da aşağıdakı nəticələr qeydə alınıb: “Türkiyə-Red”–“Özbəkistan-1” 2,5:1,5, “Özbəkistan-2”–Meksika 3:1, Qırğızıstan–Panama 3,5:0,5, Banqladeş–Malaziya 1:3, Şri-Lanka–“CAR-1” 2,5:1,5, Kanada – Livan 2,5:1,5, Honkonq–Mi­sir 2:2, Gürcüstan-2– “CAR-2” 1:3.

Qeyd edək ki, hazırda turnir cədvəlinə “Azərbaycan-1”, “Qazaxıstan” və “Türkiyə-Red” komandaları 6 xalla başçılıq edir. “Azərbaycan–Naxçıvan” komandası isə 3 xal­la 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, olimpiadaya oktyabrın 10-da yekun vurulacaq.

A.ELÇIN,

“Xalq qəzeti”

6 Oktyabr 2022 00:09 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə