Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ liderləri Praqada keçiriləcək qeyri-rəsmi sammitdə görüşəcəklər

Son günlər dünyanın əsas mövzularından biri də “Şi­mal axını” və “Şimal axını–2” qaz kəmərlərində baş verən qəza nəticəsində yaranan narahatlıqlar­dır. Məsələnin həyati əhəmiyyətini nəzərə alan Avropa İttifaqının (Aİ) liderləri bu il oktyabrın 7-də Praqa­da keçiriləcək qeyri-rəsmi sammitdə bu, olduqca vacib infrastrukturun qorunması məsələlərini müzakirə edəcəklər. Bu barədə Avropa Şurası­nın prezidenti Şarl Mişel öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, “Şimal axını” qaz kəmərlərində baş verən təxribat Aİ üçün təhlükə yaradır. “Biz kritik infrastrukturumuzu qorumaqda qərarlıyıq. Liderlər bu məsələyə Praqada keçiriləcək sammitdə baxacaqlar”,– deyə ali qurumun rəhbəri diqqətə çatdırıb. Məlumatı "Euronews" verib.

Bundan əlavə, o da bildirilir ki, rəsmi Moskvaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftinin qiymətinin yuxarı həddi də Aİ dövlət və hökumət başçılarının ya­xın günlərdə Praqada keçiriləcək qeyri-rəsmi sammitinin gündəliyinin əsas mövzularından biri olacaq.

Məlumat üçün deyək ki, Rusiyadan Avro­paya ildə 110 milyard kubmetrədək qaz nəql etmək üçün nəzərdə tutulan “Şimal axını” boru kəməri sisteminin tikintisi “Qazprom”a və Rusiyanın avropalı tərəfdaşlarına təxminən 17 milyard avroya başa gəlib. “Şimal axını” və “Şimal axını–2” Rusiya ilə Avropa ara­sında enerji mübahisəsinin mərkəzində idi. Ukraynada hərbi əməliyyatların başlanmasına və “Şimal axını–2”nin sertifikatının dondurul­masına görə Aİ-nin tətbiq etdiyi sanksiyalara cavab olaraq, hazırda Moskva Avropaya qaz tədarükünü minimuma endirib.

“Şimal axını” boru kəmərlərindəki son qəza Avropanın enerji bazarına mənfi təsir göstərə bilər. Belə ki, ekspertlərin fikrincə, qaz kəmərlərində fövqəladə vəziyyət Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək və iqtisadi böh­rana tab gətirmək istiqamətində atdığı addım­ları çətinləşdirə bilər.

Bu arada "Associated Press” agentliyi Da­nimarka Enerji Agentliyinə istinadən “Şimal axını” qaz kəmərinin hər iki xətti üzrə sabit təzyiqin mövcud olduğu barədə məlumat ve­rib. O da diqqətə çatdırılıb ki, qaz kəmərində baş verən hadisə təkcə iqtisadi deyil, həm də ekoloji fəlakətə səbəb ola bilər. Belə ki, hesab­lamalara görə, qəza nəticəsində atmosferə 300 min tona yaxın metan qazı atılıb.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

5 Oktyabr 2022 23:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə