Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Olaf Şolts nüvə qarşıdurması barədə fantaziyalar qurmamağa çağırıb

Mümkün nüvə qarşıdurması riski mövzusunda fantaziyalar qurmağın heç bir mənası yoxdur. Bu barədə Almaniya Kansleri Olaf Şolts İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bəyan edib. O, bu məsələdə ABŞ Prezidenti Co Baydenlə həmrəy olduğunu bildirib. Məlumatı “İzvestiya.ru” verib.

Kansler deyib: “Mən Rusiyaya səslənirəm: belə etməyin!”

Almaniya hökumətinin başçısı bir daha əmin edib ki, Berlin Kiyevə lazımınca kömək edəcək. Artıq Ukraynaya hərbi yardım – özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemləri, “Gepard” özüyeriyən qurğusu göndərilib.

Bununla yanaşı, Şolts deyib ki, Avropa İttifaqı daim Ukrayna ətrafında vəziyyətin dəyişməsinə diqqət yetirməli və “onu yeni dövrə uyğunlaşdırmalıdır”.

Onun sözlərinə görə, Almaniya böyük və Avropanın mərkəzində güclü iqtisadiyyata ma­lik ölkə kimi, bu məsələdə xüsusi məsuliyyət daşıyır: “Biz Avropa İttifaqı və NATO-dakı müttəfiqlərimizlə birlikdə bu məsələyə çox ciddi yanaşırıq”.

Qeyd edək ki, sentyabrın 30-da ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək barədə qərar qəbul etməsi üçün heç bir əsas görmədiyini bildirmişdi. Pentaqon başçısı əlavə etmişdi ki, ABŞ Rusiyaya birləşdirilməsi barədə qərar qəbul olunmuş ərazilərin qaytarılma­sı məsələsində Ukraynaya dəstəyini davam etdirəcək.

Həmin gün Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bəyan etmişdi ki, NATO ölkələrinin təmsilçiləri Rusiya əleyhinə nüvə si­lahı tətbiq etməyin mümkünlüyü barədə danış­mağa başlayıblar. Onun dediyinə görə, uzun zaman ərzində Şimali Atlantika alyansı Rusiya sərhədlərinə çox yaxınlaşıb ki, bu da Moskva tərəfindən narahatlıqla qarşılanır.

Məsələ ilə əlaqədar ABŞ-ın dövlət katibi En­toni Blinken Rusiyanın nüvə silahına əl atacağı təqdirdə buna qarşı plan hazırladıqlarını qeyd etmişdi. Bununla belə, o demişdi ki, Moskva­nın yaxın vaxtlarda belə bir addım atmasından şübhələnməyə əsas verən heç bir fakt yoxdur.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

5 Oktyabr 2022 23:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə