Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa Prezidenti NATO ölkələrini silah istehsalını artırmağa çağırıb

Polşa Prezidenti Anjey Duda qitədə Rusiya–Ukrayna qarşıdurmasının yaratdığı mövcud reallıqlara münasibətini bildirərək NATO ölkələrini Ukraynaya hərbi yar­dım göndərmək üçün silah is­tehsalını artırmağa çağırıb. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

 

“Bu gün Ukraynanın, ilk növbədə, silaha ehtiyacı var. Ukraynaya silah göndərilməsinin təmin edilməsi Atlantik okeanının hər iki tərəfində müdafiə sənayesinin istehsal im­kanlarının artırılmasını tələb edir”. Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Soloxun səsləndirdiyi Anjey Dudanın Varşa­va Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində məhz belə deyilir.

A.Dudanın sözlərinə görə, münaqişə bölgəsinə göndərmək üçün zəruri olan mo­dern silahlar gec istehsal olunur və Uk­raynanı dəstəkləmək, onun potensialını gücləndirmək üçün kifayət deyil.

Xatırladaq ki, Ukraynaya silah göndərdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Göründüyü kimi, quruma üzv dövlətlər bu xəbərdarlığa məhəl qoyma­yıblar.

Qeyd etmək lazımdır ki, Polşa Rusiya– Ukrayna silahlı qarşıdurması başlanan ilk gündən Ukraynanı birmənalı olaraq dəstəkləyən və ona hərtərəfli dəstək verən ölkələrdən biridir. Hazırda Polşa ərazisində bir milyona yaxın ukraynalı qaçqının məskunlaşdığı bildirilir.

M.HACIXANLI, “Xalq qəzeti”

5 Oktyabr 2022 23:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə