Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19 mərkəzi sinir sistemində izlər buraxır

Xəstəlik insanlarda yaddaş, diqqət, dil pozuqluğu yaradır

 

Braziliyalı alimlər COVID–19 virusunun beyin hüceyrələrinə, xüsusən, astrositlərə keçə biləcəyini göstərən yeni araşdırma aparıblar. Tədqiqatçılar, həmçinin yüngül COVID–19 halların­da belə beynin neyronla zəngin sahəsi sayılan beyin qabığının strukturundakı dəyişiklikləri tədqiq ediblər.

Qeyd edək ki, serebral korteks yarımkürələrin üstündəki boz maddənin xarici təbəqəsidir. O, mərkəzi sinir sistemində sinir inteqra­siyasının ən böyük yeridir və yaddaş, diqqət, şüur və dil kimi mürəkkəb funk­siyalarda əsas rol oynayır.

Astrositlər mərkəzi sinir sisteminin ən çox sayda hüceyrələridir. Onların funksiyalarına neyronlara biokimyəvi dəstək və qida maddələrinin təmin edilməsi, neyrotransmitterlərin və kali­um kimi neyron funksiyasına mane ola biləcək digər maddələrin səviyyəsinin tənzimlənməsi, beyni patogenlərdən və toksinlərdən qoruyan qan-beyin baryerinin saxlanması və beyin home­ostazının qorunmasına kömək daxildir.

Braziliyalı alimlər COVID–19-dan dünyasını dəyişmiş 26 xəstənin beyin toxumasından istifadə etməklə, on­larda astrositdə infeksiyanın olduğu­nu müəyyənləşdiriblər. Tədqiqatçılar immunohistomiya kimi tanınan bir üsuldan istifadə edərək bu prosesdə antikorların viral antigenlər və ya təhlil edilən toxumanın digər komponentləri üçün marker rolunu oynadığını aşkara çıxarıblar. Alimlər bildiriblər ki, analiz edilən 26 nümunənin beşində virusun qaldığı təsdiqlənib. Bu beş nümunənin də hər birində mərkəzi sinir sisteminə zərərli təsir göstərən dəyişikliklər qeydə alınıb.

Tədqiqatın başqa bir hissəsində COVID–19-u yüngül keçirmiş 81 kö­nüllü üzərində beyinin maqnit rezo­nans görüntüləmə (MRT) müayinəsi aparılıb. Könüllülərə xəstəlik diaq­nozu qoyulmasından orta hesabla 60 gün sonra aparılmış bu müayinə nəticəsində müəyyənləşdirilib ki, on­ların üçdə birində nevroloji simptom­lar qalır. Üstəlik, bəzi könüllülərdə beyinin müəyyən nahiyələrində kor­teksin qalınlığının nəzarət qrupu üçün orta göstərici ilə müqayisədə azaldığı müşahidə edilib.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

5 Oktyabr 2022 23:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə