Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pərviz Şahbazov səudiyyəli həmkarı ilə “Xızı-Abşeron” KES inşasını müzakirə edib

Vyanada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüşdə bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib.

Bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib.

Söhbət zamanı qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

5 Oktyabr 2022 22:12 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə