Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Futzal Federasiyasının prezidenti milli komandanın üzvləri ilə görüşüb

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan milli komandanın üzvləri ilə görüşüb.

Federasiyadan verilən məlumata görə, o, futzalçılara Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıq və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, menecer Eldəniz Yusubov da iştirak edib.

Qeyd edək ki, oktyabrın 7-də Bakıda Polşa ilə qarşılaşacaq Azərbaycan millisi 4 gün sonra səfərdə Yunanıstanın qonağı olacaq.

5 Oktyabr 2022 21:45 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə