Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Baş naziri Moskvada II Xəzər İqtisadi Forumunda iştirak edəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərində II Xəzər İqtisadi Forumunda iştirak edəcək.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, Ə.Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir.

Baş nazir səfər çərçivəsində həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

5 Oktyabr 2022 20:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə