Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək

Noyabrın 17-18-də Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək.

 Bu barədə KOBİA məlumat yayıb.

Məlumata görə, forumun başlıca məqsədlərindən biri yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir. Bu məqsədlə forum çərçivəsində müxtəlif ölkələrdən olan startapların sərgisi keçiriləcək, yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq.

Startap sərgisinə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 20-nə qədər müraciət edə bilərlər: https://bit.ly/3SUir8f

Sərgidə iştirak etmək istəyən startaplar 18-35 yaş aralığında olmalı, ingilis dilində ünsiyyət qurmaq bacarığına malik olmalıdır. Startap layihələri isə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika sahələrini əhatə etməlidir. Yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaq.

5 Oktyabr 2022 19:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə