Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, sentyabrın 26-dan 30-dək agentliyin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar monitorinqlər zamanı ümumilikdə 32 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri haqqında məlumatı http://afsa.gov.az/az/media/news_details/3398 linki vasitəsilə almaq mümkündür.

5 Oktyabr 2022 15:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə