Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnteks” MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində “Sabah Residence” MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

5 Oktyabr 2022 16:07 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə