Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ulduzlar və planetlər fizikası: atmosferləri, aktivlik və maqnit sahələri”

16-20 sentyabr 2019-cu il tarixlərində AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Ulduzlar və planetlər fizikası: atmosferləri, aktivlik və maqnit sahələri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

www.science.gov.az saytı yazır ki, konfransda "Ulduzların spektri: müşahidə, işləmə, modelləşdirmə", "Ulduzların parametrləri, atmosferlərin kimyəvi tərkibi, maqnit sahələri", "Ulduzların aktivliyi, qeyri satsionar ulduzlar", "Kompakt obyektlər" və digər mövzularda məruzələr dinləniləcək.

Məruzə və tezislər 15 yanvar - 1 avqust 2019-cu il tarixlərində qəbul ediləcək.

Ünvan: AZ-5626, Y.Məmmədəliyev qəsəbəsi, Şamaxı.

E-mail: [email protected] 

Telefon: (+994 12) 510 82 91, (+994 50) 623 06 31

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Dekabr 2018 17:07 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə