Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Sabahın alimləri" XII Respublika Müsabiqəsinə start verilir

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək. 

Bu barədə "Xalq qəzeti"nə Təhsil İnstitutundan məlumat verilib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflənib. 

Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.   

Müsabiqədə iştirak etmək istəyən şagird və müəllimlər daha ətraflı məlumat və qeydiyyat üçün  www.sabahinalimleri.edu.az internet səhifəsinə keçid edə bilərlər.

5 Oktyabr 2022 16:12 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə