Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PISA üzrə ekspertlər hazırlanır

Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnstitutu”nun dəstəyi ilə yeni layihənin icrasına başlanılıb.

Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

PISA qiymətləndirmə tədqiqatında istifadə olunan, funksional savadlılığı ölçən tapşırıq nümunələrinin hazırlanmasının öyrənilməsi məqsədilə keçirilən layihə 2 moduldan ibarətdir.  İlk modul üzrə oktyabrın 3-də  start verilmiş təlimlər PISA qiymətləndirmə tədqiqatının nəticələrinin riyazi savadlılığın inkişafında tətbiqi, tədqiqatda ölçülən bacarıqların və istifadə edilən tapşırıq növlərinin yerli kontekstdə dəyərləndirilməsinə əsaslanır.

Təlimdə Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən ekspertlər, Təhsil İnsitutunun əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, növbəti ay ikinci modul üzrə təbiət elmləri istiqaməti üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

5 Oktyabr 2022 16:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə