Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il işləməkdə davam edən 3300-dən çox pensiyaçının pensiyaları yenidən hesablanaraq artırılıb

2022-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb.

Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.

Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır.

5 Oktyabr 2022 16:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə