Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin sədr müavini Mingəçevirdə vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənov oktyabrın 12-də Mingəçevir şəhərində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.

ASC-dən "Xalq qəzeti"nə bildirilib ki, qəbul Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

5 Oktyabr 2022 17:14 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə