Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğu vəzifələri üzrə test imtahanına qeydiyyat sabah yekunlaşır

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Xalq qəzeti"nə bildirilib ki, imtahan oktyabrın 16-da Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 10:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1550 (BA - 387, BB - 1159) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

5 Oktyabr 2022 17:56 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə