Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti 2022-ci ildə Tovuz rayonunda abadlıq işlərinin satın alınması məqsədilə AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqı­nı göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Məmmədov Mübariz Məmməd oğlu, telefon- 050 264-62-48.

İştirak haqqı 350 manatdır.

İştirak haqqının ödənilməsi yal­nız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddiaçılar müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyəti ke­çid vasitəsilə ödənişi etdikdən son­ra müsabiqədə iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandır­dığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- satınalma müqaviləsini bağ­lamaq səlahiyyəti olması barədə təsdiqedici sənədlər;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmama­sı, məhkəmənin qərarı ilə kommer­siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

- satınalma prosedurları­nın başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satı­nalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- sahibkarlıq subyektinin bölgü­sü barədə arayış;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün mü­vafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığı­nın olması barədə sənədlər;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenzi­yaya və ya icazəyə malik olması barədə sənəd;

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Qanuna uy­ğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank təminatı istis­na olmaqla) 25 oktyabr 2022-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 2 noyabr 2022-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 3 noyabr 2022-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd – tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

5 Oktyabr 2022 02:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Dekabr 2022 | 07:55
Oxucuların nəzərinə!

Köhnə versiyamızdan xəbərləri izlə