Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti 2022-ci ildə Tovuz rayonunda yolların təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanla­ra malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs - Məmmədov Mübariz Məmməd oğlu, telefon- 050 264-62-48.

İştirak haqqı 250 manatdır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddiaçılar müsabiqəyə daxil olduq­dan sonra "Asan Ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fai­zi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması barədə arayış;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə təsdiqedici sənədlər;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müf­lis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanma­sı üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qada­ğan edilməməsi barədə arayış;

- sahibkarlıq subyektinin bölgüsü barədə arayış;

- satınalma müqaviləsinin icrası­nı təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması barədə sənədlər;

- müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün mü­vafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yu­xarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 oktyabr 2022-ci il saat 11.00-a , ten­der təklifi və bank təminatını isə 1 no­yabr 2022-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 2 noyabr 2022-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə ta­nış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

4 Oktyabr 2022 00:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Dekabr 2022 | 07:55
Oxucuların nəzərinə!

Köhnə versiyamızdan xəbərləri izlə