Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Boks Federasiyasının nümayəndə heyəti Gəncə, Şəki və Qəbələdə olub

Azərbaycan Boks Federasiyası (ABF) idmanın bu növünün kütləviləşməsi və daha da inkişafı üçün fəaliyyətini davam etdirir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də boks bölmələrinə xüsusi diqqət ayrılır.

 Federasiyadan verilən məlumata görə, ABF prezidentinin müşaviri Samir Hüseynov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev bu məqsədlə Gəncə, Şəki və Qəbələyə səfər edib, bölmələrdə yaradılan şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıblar.

ABF-in nümayəndə heyəti inşası davam edən Gəncə İdman Sarayında fəaliyyət göstərəcək boks zalına da baxış keçiriblər. Onlar Nizami yurdunda məşqçilər və hakimlərlə görüşərək, yeni boksçuların yetişməsi üçün tövsiyələrini veriblər.

ABF rəsmiləri Şəki Olimpiya İdman Kompleksi, “Qəbələ” idman klubunun bazasında və bu şəhərlərdə fəaliyyət göstərən bölmələrdə yaradılan şəraitlə də tanış olublar.

3 Oktyabr 2022 21:10 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə