Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Atları Bursada - FOTOLAR

29 Sentyabr - 2 Oktyabr 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində artıq dördüncü dəfə təşkil olunan “Dünya Göçebe Oyunları” Festivalı keçirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib. 

Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya, Italiya, Slovakiya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.

Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində festivalın açılış günündə təmsilçilərimizin nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 20-dən artıq ənənəvi idman növü üzrə yarışlar keçirilib.

4 gün ərzində davam edən tədbirlərdə bir milyondan artıq insanın iştirakı qeydə alınıb.

3 Oktyabr 2022 20:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Dekabr 2022 | 14:05
“Bu qala daşlı qala...”

Köhnə versiyamızdan xəbərləri izlə