Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd təsərrüfatı naziri Neftçalada vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 7-də Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Xalq qəeti"nə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

3 Oktyabr 2022 20:34 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə