Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının bu küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsini təmir edir.

“Xalq qəzeti” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, 450 metr uzunluğa malik olan adıçəkilən küçənin təmiri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.

Analoji təmir işləri hazırda 1 230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.

Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluğu 4 320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.

2021-ci ildə Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

3 Oktyabr 2022 18:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə