Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. İkinci yarış günündə körpücük üzərinə ağır çəkili idmançılar çıxıblar.

"Xalq qəzeti" Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yaşı 20-dək olan idmançılar arasında 96 kiloqram çəki dərəcəsində 248 kiloqram (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kiloqram çəki dərəcəsində isə 250 kiloqram (1110+140) nəticə ilə Fuad Hümbətli qizil medal qazanıblar.

Yaşı 23-dək olan idmançılar arasında isə 102 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə 249 kiloqram (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb.

Yarışda ölkənin bütün regionlarından 100-ə yaxın atlet iştirak edib.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

3 Oktyabr 2022 16:07 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər

Köhnə versiyamızdan xəbərləri izlə