Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

IV Dünya Köçəri Oyunları çərçivəsində qurulan Azərbaycan çadırı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb

Türkiyənin Bursa vilayətinin İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən IV Dünya Köçəri Oyunları çərçivəsində Türk Dövlətləri Təşkilatına ayrılmış ərazidə qurulan Azərbaycan çadırı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən qurulan çadırda zəngin tariximiz, mədəniyyət nümunələrimiz təbliğ edilib.

Bundan başqa çadırda qurulan fotosərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı rəşadətli Qələbə, böyük Zəfərdən sonrakı proseslər, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair həqiqətlər, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işləri əks olunub.

IV Dünya Köçəri Oyunlarının açılışı günü Türk Dövlətləri Təşkilatı üçün ayrılmış ərazidə qurulan sözügedən sərgi rəsmi şəxslər tərəfindən ziyarət edilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərgini ziyarət edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevaya, Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova və digər rəsmi şəxslərə sərgidə nümayiş olunan fotoların tarixi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, rəsmi açılışı sentyabrın 29-da olan və dörd gün davam edən oyunlarda 13 idman növü üzrə 102 ölkədən 3 mindən çox idmançı çempionluq uğrunda mübarizə aparıb. IV Dünya Köçəri Oyunlarının keçirildiyi kənd dörd gün ərzində təxminən bir milyon nəfər tərəfindən ziyarət olunub.

3 Oktyabr 2022 19:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2022 | 00:28
Ankarada muğam axşamı

Köhnə versiyamızdan xəbərləri izlə