Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il oktyabrın 12-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcəkdir. 

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. 
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

3 Oktyabr 2022 22:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə