Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN “Masallı Sənaye Məhəlləsi”ndə yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Masallı rayonu ərazisində yerləşən “Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd istehsalat sahəsində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə DYMX-nin Masallı, Cəlilabad və Lənkəran rayonu üzrə qüvvələri cəlb olunub.

Təlim zamanı istehsalat sahəsində baş vermiş şərti yanğınla əlaqədar yanğınsöndürmə qüvvələri operativ olaraq hadisə yerinə cəlb olunub, qısa müddətdə “yanğının söndürülməsi və zərərçəkmişlərin təxliyəsi” həyata keçirilib.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

3 Oktyabr 2022 14:55 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə