Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirin çıxışı, görüşləri və müsahibələri Meksika mətbuatında geniş yayılıb

Cari ilin 28-30 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") keçirilmişdir. Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılmışdır. Üç gün ərzində davam edən konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparmışdır. Ölkəmizi bu tədbirdə nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır.

Bu barədə "Xalq qəzeti"nə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bəzi istinadları təqdim edirik:

29 sentyabr tarixində Meksikanın geniş izləyici auditoriyasına malik “Canal Once Noticias” televiziya kanalında nazir Anar Kərimovun kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə gedib. Müsahibə həmçinin kanalın çoxsaylı auditoriyaya malik sosial şəbəkələrində də yayılıb.

https://bit.ly/3fCHqyB

29 sentyabr tarixində Meksikanın geniş dinləyici auditoriyasına malik “Kanyon” radiosunda nazir Anar Kərimovun Federiko Lamonta verdiyi müsahibə efirə gedib.

29 sentyabr tarixində Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində jurnalist Federiko Lamontun nazir Anar Kərimovla müsahibəsi əsasında “Ermənistanın işğalı bizim qədim mədəniyyətimizin dağılmasına və məhvinə səbəb olub: Anar Kərimov” başlıqlı məqalə dərc olunub. Sözügedən məqalə qəzetin həm çap versiyasında, həm də internet resurslarında dərc olunub.

https://bit.ly/3rofml5 ( səh.8 )

30 sentyabr tarixində Meksikanın nüfuzlu “Contra Replica” qəzetində jurnalist Federiko Lamontun nazir Anar Kərimovla müsahibəsi əsasında “Mədəniyyətin qlobal gündəmdə saxlanılması” başlıqlı məqalə dərc olunub.

https://bit.ly/3Eibbia ( səh.14 )

30 sentyabr tarixində Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” qəzetində dərc olunmuş “Mədəniyyət atəş altında” başlıqlı məqalədə Mexiko şəhərində keçirilən UNESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") zamanı nazir Anar Kərimovun çıxışına istinad edilib.

https://bit.ly/3Cq62Do

O cümlədən, 30 sentyabr tarixində Meksikanın geniş oxuyucu kütləsinə malik “El Heraldo de Mexico” qəzetində dərc olunmuş "Mondiacult 2022" – iştirakçıların anlam verici ifadələri” başlıqlı məqalədə konfrans zamanı nazir Anar Kərimovun səsləndirdiyi fikirlərə istinad edilib.

https://bit.ly/3Ef9xhD

30 sentyabr tarixində Meksikanın “Tendencias Hoy” xəbər portalında dərc olunmuş "Mondiacult 2022" Konfransına həsr olunmuş məqalədə həmçinin nazir Anar Kərimovun öz çıxışında səsləndirdiyi fikirlər yer alıb.

https://bit.ly/3e62tca

Meksika dövlət qurumları və buradakı diplomatik korpus arasında böyük auditoriyaya malik “Protocolo” jurnalının internet resursunda nazir Anar Kərimovla müsahibənin video yazısı yayımlanıb.

https://bit.ly/3SLxjFV

3 Oktyabr 2022 17:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2022 | 00:28
Ankarada muğam axşamı

Köhnə versiyamızdan xəbərləri izlə