Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub

Oktyabrın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

3 Oktyabr 2022 12:58 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə