Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail Təhlükəsizlik Akademiyası: Heydər Əliyev İsrailin və yəhudilərin böyük dostu olub

Heydər Əliyev tərəfindən müasir müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu məsələlərində tolerantlıq siyasəti əsas meyar olaraq seçilib və Azərbaycanda yaşayan qeyri-müsəlmanlara‚ qeyri-dinlərə və inanclara olduğu kimi‚ məhz yəhudilərə də hörmət və ehtiram göstərilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yaydığı məlumatda yer alıb.

Qeyd olunub ki, Azərbaycanda doğulan‚ yaşayan və xaricə‚ İsrailə köç edən yəhudilər hər zaman Azərbaycanı özünə vətən bilib və buraya son dərəcə doğma və sevgi ilə yanaşmaqdadır. Bunu yəhudi xalqının Azərbaycanda yaşayan və xaricə‚ İsrailə köç edən hər bir fərdində və nümayəndəsində aşkar görmək mümkündür. Dövlət quruculuğunda ali dəyərlərin mövcud olmasına‚ yəhudilərə göstərilən hörmət və ehtirama görə müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev yəhudilərin və İsrailin böyük dostu adlandırılır.

“Azərbaycanın İsrail dövləti və Yəhudi lobbisi ilə münasibətlərinin qurulması və əlaqələrinin inkişaf etdirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ənənəsinə görə yəhudilər Azərbaycanda son dərəcə dostluq və qardaşlıq şəraitində yaşayaraq buranı ana vətən hesab edirlər. Azərbaycanda yaşayan bütün qeyri-millətlər‚ qeyri-dinlər və inancların nümayəndələri kimi‚ yəhudilərə də göstərilən hörmət və ehtiram ənənəsi məhz Heydər Əliyevin parlaq və təqdirəlayiq tolerantlıq siyasətinin nəticəsidir. Bu səbəbdən biz‚ İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi olaraq‚ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini çox vacib və əhəmiyyətli qərar hesab edirik. Qarşıdakı 2023-cü il‚ yəni “Heydər Əliyev İli” Azərbaycana xeyirli və uğurlu olsun. Azərbaycan və İsrail Dövlətinin‚ Azərbaycan xalqı ilə yəhudi xalqının dostluğu və qardaşlığının daha da möhkəmlənməsini‚ sarsılmaz və əbədi olmasını Tanrıdan diləyirik”, - məlumatda bildirilir.

3 Oktyabr 2022 17:41 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə