Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Yun Sok Yola

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.

Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

3 Oktyabr 2022 11:02 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə