Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

9 oktyabr 2022-ci il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Xalq qəzeti"nə DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

3 Oktyabr 2022 11:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə