Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuat üçün açıq məşq və brifinq keçiriləcək

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının oktyabrın 4-də, saat 10:30-da Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

Qeyd edək ki, Polşa millisi ilə görüş oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.

3 Oktyabr 2022 10:15 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər

Köhnə versiyamızdan xəbərləri izlə