Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 377 Bakı şəhəri, 30 sentyabr 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və eksperti­zası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli və “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qayda­larının təsdiq edilməsi haqqında” 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası­nın Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qa­nununun tətbiqi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haq­qında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1733 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 1999, № 10, maddə 600; 2004, № 3, maddə 193, № 9, maddə 742; 2006, № 5, maddə 463; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 924, № 11, maddə 1209; 2014, № 7, maddə 899; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 12, maddə 2097; 2020, № 10, maddə 1310) ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 14.4-cü bənd əlavə edilsin:

“14.4. İddia olunan əmtəə nişanının adın­da “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd əlavə olunur.”;

1.2. 23.2-ci bəndin “i)” abzasında “14.1, 14.2, 14.3-cü” sözləri “14.1-14.4-cü” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 923, № 11, maddə 1210; 2014, № 7, maddə 900; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 12, maddə 2097) ilə təsdiq edilmiş “Coğra­fi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağı­dakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndin altıncı-on ikinci abzasları müvafiq olaraq yeddinci-on üçüncü abzaslar he­sab edilsin və aşağıdakı məzmunda altıncı ab­zas əlavə edilsin:

“Coğrafi göstəricinin adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən)” istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ra­zılığı ilə yol verilir.”;

2.2. 7.5-ci bəndə aşağıdakı məzmunda dör­düncü abzas əlavə edilsin:

“Coğrafi göstəricinin adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qo­ruğu İdarəsinin razılığı barədə sənəd əlavə olu­nur.”;

2.3. IV fəslin 2.1.1-ci yarımbəndinin “x)” ab­zasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “i)” abzası əlavə edilsin:

“i) “coğrafi göstəricinin adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə