Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 376      Bakı şəhəri, 30 sentyabr 2022-ci il

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haq­qında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652, № 8, maddə 1123, № 9, maddə 1217, № 10, maddələr 1258, 1296, № 11, maddə 1405, № 12 (V kitab), maddə 1616; 2021, № 2, maddə 203, № 3, maddələr 265, 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 682; 2022, № 1, maddə 59, № 3, maddə 277, № 4, maddələr 387, 411, № 5, maddə 544, № 6, maddə 683; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 iyul tarixli 256 nömrəli və 14 sentyabr tarixli 349 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respubli­kasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”nın 4-cü hissəsinin ikinci abzasına “avtobuslar,” sözündən sonra “DOST” mərkəzlərinin fəaliyyət istiqamətləri üzrə monitorinqlərin və xidmətlərin səyyar for­mada təşkil edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri və” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə