Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 374 Bakı şəhəri, 30 sentyabr 2022-ci il

Azərbaycan Milli Elmlər Akademiyası­nın strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası­nı təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 3510 ştat vahidi olaraq təsdiq edilsin.

3. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1426; 2016, № 7, maddələr 1356, 1359; 2017, № 1, maddə 127; 2020, № 10, maddə 1263; 2021, № 9, maddə 1076) ləğv edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə