Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən savaşının altıncı günü...

Qardaş Türkiyə Azərbaycanın yanındadır

Ordumuz Ermənistanın işğalçı qüvvələrinə qarşı bütün cəbhə xətti şiddətli döyüşlər aparır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kon­ya vilayətində inşa olunan şəhər xəstəxanasının açılışında qardaş Azərbaycanı bu haqq sa­vaşında tək qoymayacağını bildirərək, deyir: “Ermənistan Qarabağ problemi həll edilmədən yenidən Azərbaycan torpaqlarına hücumla­ra başlayıb. Lakin bu dəfə Ermənistan ordusu çox ağır cavab aldı. Qardaş Azərbaycan Qara­bağı işğaldan azad etmək üçün genişmiqyaslı əməliyyata başladı. İndiyədək uğurla irəliləyən Azərbaycan Ordusu bir çox əraziləri işğaldan azad edib”.

Qarabağ işğaldan azad edilənədək bu mübarizənin həyata keçiriləcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan daha sonra Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olaca­ğını vurğulayır.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirir ki, Ermənistan qardaş Azərbaycanın tor­paqlarının 20 faizini, o cümlədən, Qarabağın dağlıq hissəsi və ətrafındakı 7 rayonu artıq 30 ilə yaxındır ki, işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yerlərindən didərgin salınıb, 20 min insan şəhid olub, 5 min nəfərin taleyi barədə hələ də xəbər yoxdur. Xo­calı soyqırımının da yaddaşlarımızdakı yeri hələ çox təzədir.

Beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın bütün diplomatik və sülhyönümlü səylərinə baxmayaraq, problemin hələ də həll olunmadığına diqqət çəkən nazir bildirir: “Ermənistan BMT-nin də qərarları daxil olmaqla beynəlxalq hüququ tapdayaraq işğalı və Azərbaycana qarşı hücumlarını hələ də davam etdirir. Törətdikləri cinayətlərə görə cəza alma­yan, əksinə, zaman keçdikcə daha da simasızla­şan Ermənistan müxtəlif vaxtlarda Azərbaycana qarşı bir çox təxribatlar törədib”.

Erməni vandalizmi əhalini qorxutmur

Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələri qəhrəman Azərbaycan əsgərinin dəmir iradəsi qarşısın­da tab gətirə bilməyib geri çəkilərkən, mülki obyektləri, dinc əhalini, yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini sıradan çıxarıb. Eyni zamanda, Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edərək Cocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib.

Müharibənin başladığı ötən günlər ərzində təkcə Ağdam rayonunun yaşayış məntəqələrinə atılan mərmilər 100-dən çox evə, mülki tikiliyə müxtəlif dərəcəli zərər vurub. Lakin düşmənin bu vandalizmi əhalini qorxutmur. Cəbhədən gələn qələbə soraqlı xəbərlər insanlarda yüksək əhvali-ruhiyyə yaradır. Qısa vaxtda müqəddəs torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə hamı inanır.

* * *

Müdafiə Nazirliyinin məlumatına görə, or­dumuz uğurlu əməliyyat nəticəsində Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Əməliyyatın gedişində düşmənin 5 zi­rehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıra­dan çıxarılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

2 Oktyabr 2022 00:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə