Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İncə ruhlu İsrafil ağanın nağıllaşan səxavəti

Xalq yaddaşı saxlancı

El yaylağa qalxanda Çaxraç döngəsində dayanan dövlət adamları mal-qoyunu sa­yıb rəiyyətlərdən, bəylərdən, ağalardan vergi alırdılar. Dövlət adamları İsrafil ağa Kərbalayevə hörmət əlaməti olaraq onun mal-qoyunundan vergi almırdılar. Onun ata­sı Oruc ağa rus ordusunda mayor rütbəsində xidmətdə idi. İl başında məşhur ağalar, bəylər kimi, onlar da çara hörmət əlaməti olaraq dövlətə könüllü vergi verirdilər.

Bir gün yaylağa qalxanda sürünün biri, üçü, beşı keçir. Yolun qırağında durub keçən sürülərə tamaşa edənlərə deyirlər ki, Qıraxkəsəmənli İsra­fil ağanındır. Evi yolun qırağında olan bir kəndli arvad-uşağı ilə sonu görünməyən sürünün tama­şasına çıxıbmış. Kəndli heyrətlə sürünü göstərib sərkar çobandan soruşur:

 

– Qardaş, bu s・・ərin hamısı Kəsəmənli İsrafil ağanındır?

Sərkar deyir:

– Bəli.

Bunu eşidən kimi, kişi həyətinə cumur, bir c・ qoynunu gətirib İsrafil ağanın s・・・ə qatır.

– Bunları da aparın, – deyir. – Allah bu kişiyə ki, bu qədər var-dlət verib, qoy bunlar da onun olsun. Mən bir c・ qoyunla neyləyəcəm ki...

Yaylağa 軋tanda baş sərkar filan kənddə bir kəndlinin bir c・ qoyununu s・・ə qatdığını İsrafil ağaya xəbər verir.

İsrafil ağa cavabında deyir:

– Yadında saxla, arana qayıdanda həmin kənddə, həmin kəndlinin evinin yanında s・・ərdən birini saxlayıb evini mənə gtərərsən.

K arana qayıdanda baş sərkar İsrafil ağanın dediyi kimi edir. Ağa gəlib s・・ən 20 qoyun, 2 də qo・ ayırıb həmin kəndlinin qapısına ・・.

Kəndli deyir:

– Ay ağa, mən cəmi-c・lətanı sənin s・・ə bir c・ arıq qoyun qatmışdım.

İsrafiı ağa g・ə-g・ə kəndlinin 輅ynini qucaq­layıb deyir:

– Sən var-yoxun olan bir cüt qoyunu mənə qıyırsan. Bəs mən 5 minlik sürüdən 20 qoyunu, 2 erkəyi sənə verə bilmərəm? Götür, halalın olsun. Qoy, uşaqların südü, qatığı bol olsun.

***

İsrafil ağa Kərbalayevin ağbirçək nəvəsi Fəxrəndə xanım Kərbalayeva 1988-ci ilin aprel ayında xeyirxah babası haqqında mənə belə bir əhvalat danışdı:

– Biz Bakıya köçəndən sonra evimizə tez-tez bir həmkəndlimiz gələrdi. Atam Həmzə bəylə ötən günlərdən söhbət edərdi. Yadımdadır, qonaq bir dəfə atama danışırdı ki, xəstələnmişdim, həkimə getdim. Həkim məni muayinə eləyib dedi:

– Səndə vərəm var, ya Tiflisə mualicəyə, ya da yaylağa get. Təzə kərə yağı ye, süd iç, onda xəstəliyin keçib gedər.

Kasıb komamın tinində özümü günə verirdim. Bikef oturmuşdum. Ölümümü gözləyirdim. Bir gün rəhmətlik atan İsrafil ağa atla keçib gedirdi. Yüyəni çəkib atını yanımda saxladı. Niyə bikef oturduğumu soruşdu. Dedim ki, ay ağa, sağlamlı­ğım əlimdən gedir, necə bikef oturmayım? Həkimə getdim. Dedi ya Tiflisə müalicəyə get, ya da yay­lağa, təzə inək südü iç, kərə yağı ye, bəlkə sağal­dın, belə qalsan, öləcəksən. Özün bilirsən, ay ağa, Tiflisdə belə xəstəliyi qızıl pulla müalicə eləyirlər. Yaylağa getməyə də qapımda nə inəyim var, nə də qoyunum, necə gedim?

Kəndlini babam İsrafil ağa öz faytonunda yay­lağa göndərir. Nənəm Hava xanıma ismarıc eləyir ki, özüm bir az gec gələcəm, arpa, buğda biçininin vaxtıdır. Xəstə Fətulla kişini göndərirəm, onu kərə yağına tut, təzə inək südü içirt, qoy, cana gəlsin, yazıqdır.

Saç-saqqalı ağarmış Fətulla kişi o günləri xa­tırlayaraq razılıqla alqış eləyə-eləyə dedi:

– Ay Həmzə bəy, bu günə kimi yaşamağımın səbəbkarı cənnətlik anan Hava xanım və atan İs­rafil ağadır. Allah onlara qəni-qəni rəhmət eləsin.

* * *

İsrafıl ağa həm də Aprel inqilabından qabaq çıxan qəzetlərdə – “Qoç-Dəvət”, “Kaspi” və baş­qa mətbuat orqanlarında erməni-müsəlman qırğını haqqında məqalələrlə çıxış etmiş, Sayıl təxəllüsü ilə şeirlər də yazmışdır. İsrafıl ağa Sayılın ay­rı-ayrı adamlardan topladığımız 3 şeirindən 2-si tam, biri isə naqisdir, cəmi bir bəndi yaddaşlarda qalıb. Həmin bənd Qazax rayonundakı Ağköynək kəndinin ağsaqqalı, el şairi Dərdli Hüseynin yad­daşında qalmışdı. Dərdli Hüseyn deyirdi ki, bu bəndi və “Fələk” adlı şeiri ötən əsrin 30-cu illərində yaşı 80-i ötmüş Kəsəmənli gürcü Mənsur yanımda deyib və mən də yaddaşımda saxlamışam:

Elmlərin sahibidir Mikayıl,

Sular üstə qanad çaldı Cəbrayıl.

Can almağa gəlsə əgər Əzrayıl,

Oxu, qafil, Ərrəhmani-yasini.

“A dağlar” şeirində isə Sayıl dağlara belə poe­tik xitab edib:

Bir yanın Arxaşan, Gülüm bulağı,

Bir yanın Əyriqar, Fərrux yaylağı.

Meydan da üstündə, bir də Pir dağı

Görsət bizə yadigarın, a dağlar.

Bir yanın Babacan, şamlıq meşəsi

Açılıb laləsi, tər bənövşəsi.

Dilican dərəsi, Məmməd körpüsü

Boş qalmasın oylaqların, a dağlar.

Var pənahı şahlar şahı Sayılın,

Azad etsin qibləgahı, Sayılın.

Tükənməz sizlərin ahı Sayılın,

Heç olmazmı namus-arın, a dağlar.

 

Şəmistan NƏZIRLI,

yazıçı-publisist

2 Oktyabr 2022 00:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə