Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KOBİA ötən ili 8 milyon manat mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2021-ci ili 8,305 milyon manat mənfəətlə başa vurub. Halbuki, 2020-ci ildə KOBİA-nın gəlirləri və xərcləri eyni olmuşdu.

"Report" xəbər verir ki, KOBİA-nın ötənilki gəlirlərinin hamısı 31,427 milyon manat (illik müqayisədə 2,4 dəfə çox) həcmlə sair əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, istifadə edilmiş material ehtiyatlarına 445 min manat (25 % çox), işçi heyətinə 10,035 milyon manat (45,4 % çox), amortizasiyaya 661 min manat (46,9 % çox), digər əməliyyatlara 11,973 milyon manat (2,2 dəfə çox), sair əməliyyatlara isə 9 min manat (35,7 % az) xərc çəkilib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 70,282 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 9,2 % azalaraq 13,76 milyon manata enib, balans kapitalı isə 3,1 dəfə artaraq 26,839 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

  KOBİA-nın ötənilki gəlirlərinin hamısı 31,427 milyon manat (illik müqayisədə 2,4 dəfə çox) həcmlə sair əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, istifadə edilmiş material ehtiyatlarına 445 min manat (25 % çox), işçi heyətinə 10,035 milyon manat (45,4 % çox), amortizasiyaya 661 min manat (46,9 % çox), digər əməliyyatlara 11,973 milyon manat (2,2 dəfə çox), sair əməliyyatlara isə 9 min manat (35,7 % az) xərc çəkilib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 70,282 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 9,2 % azalaraq 13,76 milyon manata enib, balans kapitalı isə 3,1 dəfə artaraq 26,839 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

1 Oktyabr 2022 19:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT
6 Dekabr 2022 | 01:32
Əməkdaşlıq genişlənir
6 Dekabr 2022 | 01:29
Biznesin inkişafına dəstək
6 Dekabr 2022 | 01:20
Ekspert rəyi
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə