Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Federasiyadan verilən məlumata görə, 1/4 final mərhələsinin ilk günündə yığmanın üç üzvü çıxışını qələbə ilə başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçu hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb. Əlizadə yarımfinalda Silva Formela (Polşa) ilə üz-üzə gələcək.

50 kq-dakı Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. İdmançı qarşılaşmanı 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi Katerin Pumfri (İngiltərə) olacaq.

70 kq-dakı Emili Rzayeva isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Boksçu növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.

Yarımfinala yüksələn hər 3 idmançı özü üçün ən azı bürünc medalı da təmin edib. Onlar bu raundun görüşlərinə oktyabrın 2-də çıxacaqlar.

Milli üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu mübarizə aparacaq.

1 Oktyabr 2022 22:05 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə