Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Aparatı Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində benefisiarlar üçün dəyirmi masa formatında tədbir təşkil edilib. “Ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi” mövzusunda keçirilmiş maarifləndirmə tədbiri 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunub.

Bu barədə "Xalq qəzeti"nə Ombusdmanın Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, Sosial Xidmətlər Agentliyinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva tədbirdə çıxış edib. O, çıxışı zamanı ahılların, əlilliyi olan şəxslərin və digər sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, şəhid və qazi ailələrindən olan ahıl şəxslərin hüquqlarının müdafiəsinin daim Ombudsmanın diqqət mərkəzində olduğunu və onlara xüsusi qayğı ilə yanaşıldığını bildirib.

Tədbir çərçivəsində Ombudsmanın nümayəndələri tərəfindən ahılların problemləri dinlənilib və müraciətləri qeydə alınıb.

1 Oktyabr 2022 15:59 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə