Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın şahmatçılarımız FIDE-nin reytinq siyahısında irəliləyiblər

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. Qrosmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) isə 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. G.Məmmədzadə 18-ci, Ü.Fətəliyeva 39-cu, G.Məmmədova 62-ci, X.Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.

Qadın şahmatçıların reytinq siyahısına çinli Yifan Hou (2650) başçılıq edir.

1 Oktyabr 2022 14:49 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə